Azərbaycanda zavodda partlayış oldu: Yaralı var

Cəmiyyət

Müdafiə Sənayesi Nazirliyinin “Şirvan Araz zavodu”nda sursat partlayıb.

APA xəbər verir ki, sursatın partlaması nəticəsində “Şirvan Araz zavodu” MMC-nin işçisi, Şirvan sakini, 1986-cı il təvəllüdlü Almazov Razi Sakit oğlu çoxsaylı qəlpə yaraları alıb.

O, Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Sənayesi Nazirliyindən APA-ya bildirilib ki, zavodda sınaq zamanı 60 mm-lik minaatan partlayıb.

“Bir nəfər – Almazov Razi əlindən və bud nahiyəsindən xəsarət alıb. Şirvan Şəhər Xəstəxanasından həkimlər həyati təhlükəsinin olmadığını bildiriblər”, – deyə məlumatda qeyd olunur.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir