Avtobus qəzasında yaralananlar özəl klinikaya yerləşdiriliblər – VİDEO

Cəmiyyət

Ötən gecə Şamaxı-Bakı yolunda qəzaya düşən sərnişin avtobusunda olan yaralılar özəl klinikaların birinə yerləşdiriliblər.

Baku TV əməkdaşlarının həmin klinikadan verdikləri məlumata görə, xəsarət alanlar arasında valideynlər, dördüncü sinif şagirdləri və onların bacı-qardaşları da var.

Yaralılar Şamaxı Mərkəzi Rayon Xəstəxanasından ilk olaraq Kliniki Tibbi Mərkəzə gətiriliblər. Daha sonra tur rəhbəri xəsarət alanların özəl klinikalardan birində müalicə almasını təmin edib. Hazırda bir nəfər müəllim Kliniki Tibbi Mərkəzdə qalıb. Digərləri isə klinikaya yerləşdiriliblər.

Qeyd edək ki, iyunun 12-si Şamaxı-Bakı yolunda məktəbliləri daşıyan sərnişin avtobusu qəzaya düşüb.

Avtobusda Bakının Günəşli massivində yerləşən 279 nömrəli məktəbin müəllim və şagird heyəti olub. 

Ətraflı süjetləri təqdim edirik:

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir