10 yaşlı Dənizin yaşamaq üçün sizə EHTİYACI VAR – FOTO

Cəmiyyət

Talassemiya xəstəliyindən əziyyət çəkən 10 yaşlı Dənizin sizin köməyinizə ehtiyacı var.

Dənizin anası Xəlilova Səyyarə Oxu.Az-a bildirib ki, böyük qızı, 13 yaşlı Sevgi Xəlilli Türkiyədə ilik nəqli əməliyyatı olunub, amma kiçik qızı, 10 yaşlı Dəniz Xəlillinin əməliyyatı üçün lazım olan məbləği ailə olaraq qarşılaya bilmirlər.

Ana övladlarının səkkiz ildir, sözügedən xəstəlikdən əziyyət çəkdiklərini bildirib. Altı aydır, Türkiyədə müalicə aldıqlarını bildirən Səyyarə xanım bir ay sonra Azərbaycana qayıtmalı olduqlarını və kiçik qızının təcili olaraq əməliyyata ehtiyacı olduğunu vurğulayıb.

Səyyarə xanım bildirib ki, donor tapılıb, lakin əməliyyat üçün 83 min dollar gərəkdir.

Biganə qalmayan və yardım etmək istəyən şəxslər Xəlilova Səyyarə (ana) ilə 051 697 37 89 nömrəsi ilə əlaqə saxlaya və ya bank kartı vasitəsi ilə kömək edə bilərlər.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir