Daha bir narkoman yuvası aşkarlandı – VİDEO

Cəmiyyət

Paytaxtın Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən köhnə poliklinika binası, sözün əsl mənasında, narkomanların yuvasına çevrilib.

Sakinlər iddia edir ki, köhnə poliklinika binasında narkotik maddələrin alqı-satqısı həyata keçirilir. Yaxınlıqda yaşayan insanların tələbi odur ki, xarabalığa çevrilən bina ya bərpa edilsin, ya da ümumiyyətlə sökülsün.  

Ərazidə çəkiliş edilən zaman öncədən istifadə edilmiş şpris və boş spirtli içki şüşələrinə rast gəlinib. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, həmin ərazi tam nəzarətə götürülüb və orada baş verən neqativ halların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, həmin ünvana nəzarəti gücləndirmək üçün Binəqədi Rayon Polis İdarəsi tərəfindən əraziyə naryadlar cəlb edilib.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir