Vəkil Elçin Qəmbərov külli miqdarda dələduzluqda təqsirləndirilir

Cəmiyyət

Tanınmış vəkil Elçin Qəmbərovun həbsinin detalları məlum olub.

APA xəbər verir ki, uzun illər “Mərkəz” Vəkil Bürosunun rəhbəri olmuş Elçin Qəmbərov vəkillik fəaliyyəti zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilir.

178.4-cü maddə etibardan sui-istifadə və ya aldatma yolu ilə xüsusilə külli miqdarda vəsaitin dələduzluq yolu ilə ələ keçirilməsinə görə məsuliyyət nəzərdə tutur.

E. Qəmbərov 500 000 (beş yüz min) manatdan yuxarı məbləğdə vəsaiti mənimsəmədə ittiham edilir.

Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq orqanının vəsatəti əsasında Elçin Qəmbərov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Elçin Qəmbərov bir müddət Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü olub.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir