Dörd gün əvvəl kanala düşən gəncin meyiti TAPILDI

Cəmiyyət

İyunun 27-də yol-nəqliyyat qəzası nəticəsində Samur-Abşeron kanalına (Quba rayonunun Hacıhüseynli kəndi) düşən 1995-ci il təvəllüdlü Əmirov Rəvan Zakir oğlunun axtarışları yekunlaşıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bu gün səhər saatlarında “Şimal” dalğıc-axtarış qrupu tərəfindən R.Əmirovun meyiti batdığı yerdən təqribən səkkiz kilometr məsafədə Samur-Abşeron kanalının Quba rayonu, Barlı qəsəbəsi ərazisindən keçən hissəsində tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Qımılqışlaq kənd sakini Sərxan Əlixanov idarə etdiyi “Ford Transit” markalı avtomobili Samur-Abşeron kanalına aşırmışdı. Nəticədə sürücü sudan çıxarılmış, sərnişin Rəvan Əmirov isə suda boğulmuşdu.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir