Bakıda yanan körpələrin babası da vəfat etdi

Cəmiyyət

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Sabunçu rayonunda evin yanması nəticəsində bir ailənin iki üzvü ölüb, beşi yaralanmışdı.

Lent.az-ın əldə etdiyi məlumata görə, Bakıda evin yanması nəticəsində xəsarət alan ailənin daha bir üzvü, körpələrin babası, 70 yaşlı Abbasov Qafar Qəni oğlu da müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, məlum hadisə iyunun 29-da Bakının Kürdəxanı qəsəbəsində qeydə alınıb. Fərdi yaşayış evlərindən birində baş verən yanğın nəticəsində əkiz körpələr ölüb, ailənin beş üzvü isə yaralanmışdı. 

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir