DİN-də polis mayoruna yüksək vəzifə verilib

Cəmiyyət

Daxili İşlər Nazirliyində (DİN) kadr təyinatı olub.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Əliyev Surxay Ramiz oğlu Baş Narkotiklərlə Mübarizə İdarəsinə şöbə rəisi təyin olunub.

Yeni təyinatla bağlı məlumat DİN Mətbuat Xidmətindən “Report”a təsdiqlənib.

Qeyd edək ki, Surxay Əliyev daha öncə Baş Narkotiklərlə Mübarizə İdarəsində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışıb.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir