DTX əməkdaşından güzəştli mənzillərin satışındakı kibermüdaxilələr barədə AÇIQLAMA

Cəmiyyət

“30 mart 2022 -ci ildə 442 mənzilin güzəştli şərtlərlə satışı həyata keçirilərkən seçim prosesinə müdaxilə imkanları aşkarlanıb. Buna görə də Mənzil İnşaatı Dövlət Agentliyi Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib”.

Oxu.Az-ın məlumatına əsasən, bunu keçirilən mətbuat konfransında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Günel Hüseynova deyib.

O bildirib ki, DTX tərəfindən faktla bağlı çoxsaylı istintaq tədbirləri həyata keçirilib.

“Bu əməli törədənlər müəyyən edilib və bir nəfər barəsində axtarış elan olunub”, – deyə Günel Hüseynova əlavə edib.

DTX əməkdaşı kompüter texnologiyalarının inkişafı ilə əlaqədar kibercinayətlərin də artdığına diqqət çəkib.

Aqşin Kərimov

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir