Salyanda 20 yaşlı gənc intihar edib

Cəmiyyət

Salyanda intihar hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə bu gün səhər saatlarında Beştalı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2002-ci il təvəllüdlü Səmədov Azil Ramil oğlu yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.

İntihar hadisəsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir