Həyətində 93 kiloqram narkotik aşkarlanan şəxs TUTULDU – FOTO/VİDEO

Cəmiyyət

Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, Polis Bölməsinə Digah qəsəbəsi sakini Ariz Kərimovun yaşadığı evin həyətində çətənə bitkiləri əkib-becərdiyi və narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirdiyi barədə əməliyyat məlumatı daxil olub.

Dərhal polislər tərəfindən həmin ünvana baxış keçirilib. Baxış zamanı Ariz Kərimovun həyətində xüsusi qulluq edərək yetişdirdiyi çəkisi 93 kiloqram olan 97 ədəd çətənə kolu aşkar edilib.

Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri bu ilin əvvəlində əkdiyini və xüsusi qulluq etdiyini bildirib.

Faktla bağlı Mehdiabad Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir