Anar Bağırov: “Azərbaycanda hüquqşünas məzunlarının sayı olduqca azdır”

Cəmiyyət

“Azərbaycanda hüquqşünas məzunlarının sayı olduqca azdır”.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Vəkil olmaq istəyirəm” adlı tədbirdə çıxışı zamanı bildirib.

O qeyd edib ki, Naxçıvan istisna olmaqla, ölkə üzrə ümumilikdə 700 nəfər hüquqşünas məzun var:

“Bu gün ölkədə hüquqşünasların sayının az olması vəkillərin sayının az olması deməkdir. Cəmiyyətdə bu barədə yanlış fikirlər var ki, hüquq fakültəsini bitirənlərin sayı çoxdur. Amma  Gürcüstan, Türkiyə və Avropa ölkələri ilə müqayisədə Azərbaycanda 8-10 dəfə az hüquqşünas məzun var. Bununla mübarizə aparılır. Vəkillər Kollegiyası bu istiqamətdə gənclərə dəstək verir”.

İlhamə Əbülfət

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir