Velosipedçini avtomobil vuraraq öldürdü

Cəmiyyət

Şabranda avtomobil velosiped sürən şəxsi vurub. 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyulun 23-də saat 1 radələrində Şabran şəhəri ərazisində şəhər sakini A.Qurbanov idarə etdiyi VAZ-21015 markalı avtomobillə velosiped sürən Sumqayıt şəhər sakini Natiq Qulamovu vurub və nəticədə velosipedçi hadisə yerində ölüb.

Şabran Rayon Polis Şöbəsində araşdırma aparılır.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir