Beş yaşlı Əfrasiyabın sağlamlığına qovuşması üçün az məbləğ qalıb – FOTO

Cəmiyyət

Beş yaşlı Məcidli Əfrasiyab leykozdan (qan xərçəngi) əziyyət çəkir. 

Bu barədə onun anası Məcidova Tünzalə məlumat verib.

O bildirib ki, oğlu iki ildir bu xəstəliklə mübarizə aparır.

“Hazırda vəziyyəti ağırdır. Oğlumda həm də hepatit C var. Almaniyada qohumlarımız həkim də tapıb. Müalicə üçün bizə 50 min manat pul lazım idi. Bu puldan 7 min manat əskiyimiz qalıb.

Mərhəmətli şəxslərdən bizə kömək etmələrini xahiş edirəm. Oğlumun sizlərin dəstəyinə ehtiyacı var. O hələ çox kiçikdir və 3 yaşından bəri bu amansız xəstəliklə mübarizə aparır. İmkanlı şəxsləri bizim mübarizəmizə qoşulmağa çağırıram. Əfrasiyabın hələ görəcəyi günlər qabaqdadır. O da bütün uşaqlar kimi gəzmək, oynamaq istəyir. Günlərimiz isə xəstəxanada keçir. Heç bir valideynə bu hissləri yaşamağı arzu etmirəm. Onu ölməyə qoymayın”.

Əlaqə nömrəsi: 055 758 94 88

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir