“Dalğa Beach”də DAVA: İraqlı tələbə döyüldü

Cəmiyyət

Bakıda əcnəbi tələbə döyülüb.

Lent.az-ın məlumatına görə, hadisə paytaxtda yerləşən “Dalga Beach” istirahət mərkəzində qeydə alınıb. 

Tibb Universitetinin tələbəsi, İraq vətəndaşı, 1995-ci il təvəllüdlü Hussein Kamil Gumar ilə Türkiyə vətəndaşı, 1977-ci il təvəllüdlü Fuad Böyük Limat arasında dava olub.

Dava zamanı Türkiyə vətəndaşı iraqlı tələbəni döyüb. İraqlı tələbə hadisə ilə bağlı polisə məlumat verib. 

Daxil olan məlumat əsasında Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. 

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir