“Azəriqaz”dan qaz xəttinin səkinin ortası ilə çəkilməsinə münasibət – VİDEO

Cəmiyyət

Sosial şəbəkələrdə Bakıxanov qəsəbəsində səkinin ortası ilə çəkilən qaz xəttinin görüntüləri yayılıb.

Bununla bağlı “Azəriqaz” İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Facebook” səhifəsində paylaşım edib.

O bildirib ki, bu, həqiqətən də, normal mənzərə deyil:

“Birlik olaraq bu məsələdən xəbərdar idik. Qaz xətti ərazidə fəaliyyət göstərən ticarət mərkəzlərindən biri üçün çəkilmişdi. Baxmayaraq ki, bu xətt podratçı şirkətlərdən birinin “əsəri” idi. Birlik olaraq vətəndaşları narahat edən bu problemin həllini öz üzərimizə götürdük. İki gün əvvəl problem aradan qaldırıldı. Xəttin səkinin ortası ilə çəkilmiş 105 metrlik hissəsi tam olaraq kənarlaşdırılıb. Videosunu da sizə təqdim edirik. Diqqət göstərən, problemi ictimailəşdirən şəxslərə təşəkkürümüz var!” – o qeyd edib.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir