Sənəd qəbulunda iştirak etməyən bəzi məzunların siyahısı hazırlanıb – SƏBƏB

Cəmiyyət

“Cari ilin məzunları arasında buraxılış imtahanlarında iştirak edərək yüksək nəticə göstərən, amma ali təhsil müəssisələrinə sənəd qəbulunda iştirak etməyən abituriyentlər var idi”.   

Oxu.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı keçirilən mətbuat konfransında qeyd edib.

“Onların siyahısı hazırlandı, nazirliyə bildirildi. Həmin abituriyentlərdən bəziləri qəbul prosesinə cəlb edildilər. Qeyd edim ki, onların arasında olimpiada qalibləri, müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olma şansı qazananlar vardı. Həmçinin müsabiqədə iştirak edəcək abituriyentlər arasında olimpiada qalibləri də yer alırlar”, – deyə sədr bildirib.

Nəzrin Vahid

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir