Üç yaşında atasını itirən Həsən indi də leykozla mübarizə aparır – FOTO

Cəmiyyət

Yeddi yaşlı Yusifov Həsən kəskin leykozdan əziyyət çəkir.

Bu barədə Oxu.Az-a onun anası Gülbəniz Nəzirova məlumat verib.

O bildirib ki, övladı ilə çox ağır sınaqlardan keçib:

“Həsən üç yaşında olarkən atası itirib. İki il sonra isə onun leykozdan əziyyət çəkdiyini öyrəndik. Qohumların, tanışların köməyi ilə onun müalicəsini qarşılaya bildim. Artıq maddi olaraq tükənmişəm. Həkimlər isə artıq bu xəstəliklə mübarizənin sonuna gəldiyini bildirirlər. Onlar qeyd edirlər ki, bir neçə ay sonra Həsən bu xəstəlikdən yaxasını qurtara biləcək. Onun bir kurs müalicəsi 900 manata başa gəlir. İmkanlı şəxslərdən xahiş edirik, bizə kömək etsinlər ki, biz mübarizəmizi sonadək aparaq”.

Əlaqə nömrəsi (Həsənin anası Gülbəniz xanım): 055 230 20 18

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir