Siyəzəndə yanğının baş verdiyi ərazidən FOTOLAR

Cəmiyyət

Siyəzən rayonunun Dağ Quşçu kəndindəki meşəlik ərazidə baş vermiş yanğının söndürülməsi işləri davam etdirilir.

“Report” xəbər verir ki, mürəkkəb relyefli dağlıq ərazisinə malik olan meşə massivinin ağacları, kol-kosu və quru otları yanır.

Meşəlik ərazisinin təxminən 40 hektardan çoxunda tüstülənmə baş verir.

Hazırda əraziyə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin (FHN) 300 canlı qüvvəsi, 5 ədəd yanğınsöndürmə avtomobili, Aviasiya dəstəsinin “BE-200 ÇS” tipli amfibiya təyyarəsi və 3 ədəd helikopteri yanğının söndürülməsi işlərini aparır.

Havanın küləkli və isti olması yanğının söndürülməsinə çətinliklər yaradır.

Ağaclar yanaraq külə dönüb, təbiətə ciddi ziyan dəyib. Bəzi yerlərdə isə kəndin otlaq sahələrindəki quru otlar tamamilə yanıb.

Qeyd edək ki, Siyəzən rayonunun Dağ Quşçu kəndinin meşəlik ərazidəki yanğın avqustun 19-u axşam saatlarından başlayıb. Ümumilikdə ölkənin şimal bölgəsində 5 min hektara yaxın ərazidə yanğın izləri var.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir