Azərbaycanda daha 542 nəfər COVID-19-a yoluxub, bir nəfər vəfat edib – FOTO

Cəmiyyət

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 542 yeni yoluxma faktı qeydə alınıb, 501 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında bir nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 811 131 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 797 668 nəfər müalicə olunaraq sağalıb, 9796 nəfər vəfat edib, aktiv xəstə sayı 3667 nəfərdir.

Ölkədə son sutka ərzində 3 659, hazırkı dövrədək isə 7 138 810 test aparılıb.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir