Azərbaycana istirahətə gələn kişi MÜƏMMALI şəkildə öldü

Cəmiyyət

Azərbaycanda İsrail vətəndaşı ölüb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə avqustun 28-də Abşeron rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1952-ci il təvəllüdlü, İsrail vətəndaşı Xoroşin Lev Moiseyeviç ailəsi və dostları ilə icarəyə götürdüyü “Mercedes-Benz Sprinter” markalı avtomobil ilə Quba rayonundan istirahətdən qayıdarkən özünü pis hiss edib. Quba-Bakı yolunun 23-cü kilometrində yerləşən Saray YPX Postuna çatanda yaxınlarının təcili tibbi yardım xidmətini çağırmalarına baxmayaraq, saat 23:30-da avtomobildə ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir