Son sutkada Azərbaycanda 502 nəfər koronavirusa yoluxub, yeddi nəfər ölüb – FOTO

Cəmiyyət

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 502 yeni yoluxma faktı qeydə alınıb, 611 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan yeddi nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 816 589 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 803 562 nəfər müalicə olunaraq sağalıb, 9838 nəfər vəfat edib, aktiv xəstə sayı 3 189 nəfərdir.

Ölkədə son sutka ərzində 4 343, hazırkı dövrədək isə 7 180 867 test aparılıb.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir