Ağalı kəndində dərslər 15 sentyabrda başlayacaq – VİDEO

Cəmiyyət

“Ağalı kəndində tədrisin təşkili ilə bağlı həm müəllim, həm də direktor təyinatı olub”.

Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.

O qeyd edib ki, sentyabrın 15-i Ağalıda dərslər başlayacaq:

“Orada tədrislə bağlı ciddi problem gözləmirik, əlbəttə ki, ilkin mərhələdə hər hansı problemlər ola bilər. Bunlar da dərhal həll olunacaq. Sentyabrın 15-i Ağalı kənd məktəbində ilk zəng vurulacaq. İnanıram ki, bu bizim xalqımız və təhsilimiz üçün ən vacib hadisələrdən biri olacaq”.

Daha ətraflı Baku TV-nin süjetində:

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir