Qadının bank hesabından 1200 manat oğurlanıb

Cəmiyyət

Bakıda qadının bank hesabından 1200 manat oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Metropolitendə Polis Şöbəsinə müraciət edən Ağdam rayon sakini olan bir qadın sentyabrın 6-da bank hesabından 1200 manatının çıxarılaraq oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Göyçay şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Müşfiq Həsənov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir