Tezliklə Bakı metrosuna yeni qatarlar gətiriləcək – YENİLİK

Cəmiyyət

“Bakı Metropoliteni” QSC-nin mütəxəssislərindən ibarət nümayəndə heyəti Rusiyanın paytaxtı Moskvaya səfər edib.

Oxu.Az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov məlumat verib.

Onun sözlərinə görə, səfərin məqsədi metronun qonşu ölkənin “Metrovaqonmaş” şirkətinə sifariş etdiyi və hazırda istehsal olunan 4 qatara (20 vaqona) baxış keçirilməsidir.

“Tezliklə həmin qatarlar Bakıya gətiriləcək”, – o qeyd deyib.

Qurumun Depolar üzrə iş Departamentinin rəisi Faiq Əhmədov isə bildirib ki, bu ay və gələn ay Bakıya ümumi olaraq cəmi 20 vaqon gətiriləcək.

“Yeni vaqonlar daha geniş, işıqlı və hermetikdir. Qatarlar Bakıya gətirildikdən sonra sınaqdan keçiriləcək və istismara veriləcək”, – o qeyd edib.

Könül Cəfərli

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir