Xalq artisti Əminə Yusifqızının səhhəti pisləşib

Cəmiyyət

Xalq artisti, qiraətçi, aktrisa Əminə Yusifqızının səhhəti pisləşib, o, qida qəbul edə bilmir.

Bu barədə “Report”a aktrisanın özü məlumat verib.

85 yaşlı Xalq artisti bir neçə gündür səhhətində problemlərin yarandığını və özünü yaxşı hiss etmədiyini bildirib.

O, səhhətindəki problemlərlə əlaqədar artıq bir həftədir yemək yeyə bilmədiyini vurğulayıb.

Qeyd edək ki, tanınmış aktrisa, “Şöhrət” ordenli Xalq artisti Əminə Yusifqızı “Şərikli çörək”, “Sən nə üçün susursan?”, “Bizim küçənin uşaqları”, “Musiqi müəllimi” və s. onlarla filmdə və televiziya tamaşalarında çəkilib.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir