Aprelin 12-də baş tutmuş müşavirədə xalqın hər bir nümayəndəsi,eləcə də dövlətimiz və şəxsən Prezident İlham Əliyev üçün prioritet məsələ olan işğaldan azad edilmiş ərazilərdə yekunlaşan,hazırda icra edilən və planlaşdırılan məsələlərə xüsusi diqqət yetirildi.Bu müşavirəni bir növ ictimayyətə verilən hesabat da adlandırmaq olar.Prezidentin çıxışı həmişə olduğu kimi mükəmməl idi.Azərbaycanın təkcə işğaldan azad edilmiş ərazilərində bu qədər möhtəşəm işlərin görülməsi,üstəlik,bütün bu layihələrin Azərbaycan dövlətinin təkbaşına icra etməsi hər kəsdə iftixar hissi doğurur.Prezident İlham Əliyev qeyd etdi ki,dövlət postmünaqişə dövründə fəaliyyətini əsasən iki istiqamətdə qurub.Bunlardan birincisi,qazanılmış möhtəşəm qələbənin beynəlxalq səviyyədə tanıdılması,eləcə də bölgədə yaradılan yeni reallıqların beynəlxalq təşkilatlar və dünyanın güc mərkəzlərinə qəbul etdirilməsi,ikincisi isə,işğaldan azad edilən ərazilərdə quruculuq, bərpa işlərinin həyata keçirilməsi ilə bağlıdır.Şübhəsiz ki,hər iki prioritetə nail olunub.Prezidentin fitri istedadı,müdrik və unikal diplomatiyası,onun zəngin siyasi təcrübəsi sayəsində cəmi bir il ərzində möhtəşəm Zəfəri və regionda yaranmış mövcud reallıqları beynəlxalq aləmdə tanıtmağa nail olduğumuzu qürurla deyə bilərik.Möhtərəm Prezident bir daha vurğuladı ki,Vətən müharibəsinə qədər Azərbaycana qarşı davamlı olaraq ikili standartlar tətbiq edilib,ATƏT-in Minsk Qrupu fəaliyyətsiz qalıb,həm ötən 30 il ərzində,həm də müharibə dövründə heç bir işə yaramayıb.Yəni,Azərbaycan öz problemini təkbaşına həll edib.Ötən il – postmüharibə dövrünün ilk ilində Azərbaycan istəyinə nail olub.Bölgədə yaranmış reallıqların qəbul edilməsi,münaqişənin həllini tapması,”Dağlıq Qarabağ” ifadəsinin olmaması əksər beynəlxalq təşkilatlar tərəfindən etiraf edilib. Doğrudan da,ötən il ərzində beynəlxalq aləmdə görülən işlər Azərbaycanın böyük uğurudur.Təsadüfi deyil ki,Avropa İttifaqı ilə Azərbaycan dövlətinin müharibədən sonrakı əməkdaşlığı daha da sürətlənib. Üstəgəl, Avropa İttifaqının təşəbbüsü ilə ötən müddətdə keçirilmiş üçtərəfli görüşlərdə,eləcə də qəbul edilmiş bəyanatlarda məhz Prezident İlham Əliyevin ilk günlərdən etibarən qaldırdığı məsələlər,verdiyi təkliflər öz əksini tapıb.Əlbəttə ki,Prezident İlham Əliyevin təklifləri Azərbaycan xalqının və dövlətinin maraqlarına tamamilə uyğundur”.
Prezident İlham Əliyev müşavirədə digər beynəlxalq təşkilatların da Qarabağla bağlı müvafiq qətnamələr qəbul etdiyini bildirdi.Həmçinin qeyd etdi ki,İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi qətnamələrdə işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın maddi-mənəvi,mədəniyyət və incəsənət,eləcə də tarixi abidələrinin Ermənistan tərəfindən darmadağın edilməsinin vurğulanması Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması baxımından böyük əhəmiyyətə malikdir.Prezidentin həmin coğrafiyanın hər cığırını,hər küncünü,hər çayını,dağını,daşını dəqiqliklə tanıması heyrətamizdir.Prezidentin Qarabağ bölgəsini belə dəqiqliklə təsvir etməsi onun bu sahənin yüksək mütəxəssisi olduğu təəssüratını bağışlayır.Həqiqətən də,Prezident olmaq hər mövzunu mütəxəssis qədər dəqiq bilmək anlamına gəlmir,amma cənab İlham Əliyev danışdıqca onun güclü diplomat və iqtisadçı olmasından savayı,həm də yol quruculuğu,hava nəqliyyatı,coğrafiya, geodeziya,enerji təhlükəsizliyi,ümumiyyətlə hər bir sahədə yüksək intellektə malik olmasına heyran qalmamaq mümkün deyildi.Bütün bunlar onu göstərir ki,Prezident İlham Əliyev üçün kiçik və böyük iş yoxdur,yəni o,bütün işlərin mahir bilicisidir.Prezident,həmçinin,qeyd etdi ki,insan hüquqlarından,humanizm prinsiplərindən danışan beynəlxalq təşkilatlar bu gün susqundurlar.Bu,onların riyakarlığı və ermənipərəst mövqeyidir.Möhtərəm Prezident faktları xatırlatdıqca,darmadağın edilmiş Qarabağın infrastrukturu barədə məlumat verdikcə dəfələrlə bildirdi ki,hətta sülh müqaviləsi imzalasaq da,qonşularımızın erməni olduğunu,bizə qarşı törədilən terror aktlarını,Xocalı faciəsini unutmamalıyıq.Bu gün ermənilər məğlub və acınacaqlı vəziyyətdə olsalar da,onları dəstəkləyən qüvvələrin gələcək mövqelərinə arxayın olmaq olmaz.Ona görə də xalqımız bu qəbilənin törətdiyi vəhşilikləri hər zaman xatırlamalıdır.Doğrudur,Azərbaycan xalqı sülh şəraitində yaşamaq istəyir,lakin biz onların gələcəkdə nə iş görəcəklərinə əmin ola bilmərik.Bu erməni qəbiləsi hər zaman Azərbaycan və Türkiyə əleyhinə çıxış edən supergüc dövlətlərin əlində alət olub.Ona görə də Azərbaycan sülhün bərqərar olmasının tərəfdarı olsa da,onların törətdiyi soyqırımları heç zaman unutmaycaq və gələcək nəsilləri bu barədə ətraflı bilgiləndirəcək.Bu müşavirə Azərbaycan dövlətinin gücünün göstəricisi,xalqın əvəzedilməz lideri İlham Əliyevin yenilməzliyinin növbəti sübutu idi”.
Cavid Mustafayev,
YAP Goranboy rayon təşkilatının əməkdaşı.
www.102info.az
