Çavuşoğlu: “Türkiyə NATO-ya bütün sahələrdə ən çox töhfə verən beş ölkədən biridir”

Dünya

Qətərin paytaxtı Dohada keçirilən Forumda çıxış edən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Türkiyə NATO-ya bütün sahələrdə ən çox töhfə verən beş ölkədən biridir. 

Türkiyənin XİN başçısı həmçinin qeyd edib ki, Türkiyə NATO-nun büdcəsinə töhfə verən ölkələr sırasında ilk səkkizlikdə qərar tutub.

“Türkiyə NATO-nun möhkəm müttəfiqidir”, – Türkiyəli diplomat söyləyib.

Mənbə: “İhlas Haber Ajansı” (İHA)

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir