Çempionlar Liqası: “Liverpul” turnirin sensasiyalı komandasına qarşı – AFİŞA

İdman

Bu gün UEFA Çempionlar Liqasında ikinci yarımfinal oyunu keçiriləcək.

Oxu.Az xəbər verir ki, “Liverpul” öz evində 1/8 finalda “Yuventus”, 1/4 finalda “Bayern”i turnirdən kənarlaşdırmış İspaniyanın “Vilyareal” klubunu qəbul edəcək.

Tərəflər 2016-cı ildə Avropa Liqasının yarımfinalında da üz-üzə gəliblər. O vaxt İspaniyada meydan sahibləri 1:0 hesabı ilə qalib gəlsələr də, “Enfild Roud”dakı qarşılaşmada “Liverpul” 3:0 hesabı ilə qələbə qazanaraq finala yüksəlib. “Liverpul”un həmin heyətindən Roberto Firmino və Ceyms Milner yenə komandadadırlar.

UEFA Çempionlar Liqası

1/2 final (ilk oyun)

28 aprel

23:00 “Liverpul” (İngiltərə) – “Vilyareal” (İspaniya)

Baş hakim: Şimon Marçinyak (Polşa)

Liverpul. “Enfild” stadionu

Oynamayacaqlar: Alberto Moreno, Yeremi Pino (hər ikisi “Vilyareal”)

Oynaması sual altında olanlar: Roberto Firmino (“Liverpul”), Jerar Moreno (“Vilyareal”)

Qeyd edək ki, yarımfinalın ilk oyununda İspaniyanın “Real” klubu İngiltərədə “Mançester Siti”yə 3:4 hesabı ilə uduzub.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir