
Bakı. Trend:
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onu müşayiət
edən nümayəndə heyəti İtaliyaya rəsmi səfəri çərçivəsində Neapolda
UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində
keçirilən “Napoli” – “Qarabağ” matçına stadiondan baxıblar.
Trend xəbər verir ki, bu
barədə məlumat Azərbaycan XİN-in “X” sosial media hesabında
paylaşılıb.
Paylaşımda qeyd olunub ki, bu an Azərbaycanın Avropa futbolunda
güclü mövqeyini və milli komandamızın beynəlxalq səviyyədə
dəstəkləndiyini göstərən qürurverici bir hadisə olub.
Ceyhun Bayramov da sosial şəbəkədə paylaşım edərək “Qarabağ”ın
ölkəmizi Avropada layiqincə təmsil etdiyini vurğulayıb.
“Oyundan sonra “Qarabağ” FK-nın prezidenti Tahir Gözəl ilə
birlikdə komandamızın futbolçularını təbrik etdik və Avropanın ən
güclü klublarından biri olan “Napoli” qarşısında nümayiş
etdirdikləri əzmkarlığa görə təşəkkürümüzü bildirdik. Onlara
növbəti oyunlarda uğurlar arzuladım”, – nazir bildirib.
Qeyd edək ki, “Napoli” – “Qarabağ” oyunu meydan sahiblərinin 2:0
hesablı qələbəsi ilə yekunlaşıb.
