Ceyhun Bayramov Roma Papası ilə görüşdü

Baş səhifə

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vatikana rəsmi səfəri çərçivəsində Roma Papası XIV Leo ilə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə XİN başçısı “X” hesabında yazıb.

O bildirib ki, Azərbaycan və Müqəddəs Taxt-tac arasında dinlərarası dialoqun və multikulturalizmin təşviqi üçün vacib olan güclü münasibətlər mövcuddur:

“Papa XIV Leo ilə ümumi audensiyada iştirak etdim və onunla görüşməkdən şərəf duydum.

Azərbaycanın dövlət siyasətinin təməl daşını təşkil edən dinlərarası dialoq üçün iki ölkə arasındakı münasibətlər nümunə rolunu oynayır”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir