Ceyhun Bayramov Vatikanın Apostol Kitabxanasını ziyarət edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vatikana rəsmi
səfəri zamanı Apostol Kitabxanasında olub.

Trend xəbər verir ki, nazir
bu barədə “X” sosial şəbəkəsində məlumat paylaşıb.

“Bu unikal kitabxana bizə əsrlər boyunca əlyazmalar və mətnlər
vasitəsilə yaşadılan dialoqun önəmini xatırladır. Zəngin
multikulturalizm ənənələrinə sahib Azərbaycan isə ortaq gələcəyimiz
üçün daha dərin qarşılıqlı anlaşmaya aparan yol kimi
mədəniyyətlərarası dialoqu və mübadiləni dəstəkləməkdən qürur
duyur”, – Ceyhun Bayramov paylaşımında qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir