Coğrafi qloballaşma: informasiya cəmiyyətinin ekoloji və bioetik problemləri” adlı kitabın təqdimatı keçirilib

Tədbirlər


AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun və MEK-nın birgə təşkilatçılığı ilə fəlsəfə üzrə fəlsəfə doktoru #MəhəmmədCəbrayılovun “Coğrafi qloballaşma: informasiya cəmiyyətinin ekoloji və bioetik problemləri” kitabının təqdimatı keçirilmişdir. Tədbiri giriş sözü ilə Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru professor İlham Məmmədzadə acaraq müasir geosiyasi reallıqlarda qloballaşmanın yeri və roluna dair fikirlərini bildirmişdir. Bu sahədə yazılan əsərlərin əhəmiyyətini şərh etmişdir.
Tədbirə A.A. Bakıxanov adına Tarix İnstitutunun, MEK-in, Akademik H. Əliyev adına Coğrafiya İnstitutunun, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəcilik Akademiyasının alimləri qatılmışlar. Alimlər kitabda müasir dövrün bir sıra aktual problemlərinin fəlsəfi, sosial-siyasi, ekoloji aspektdən aktuallığının şərh edilməsini “coğrafi qloballaşma” anlayışının ilk dəfə olaraq əsərdə elmi dövriyyəyə gətirilməsini və coğrafi mühitdə genişlənməsinin mahiyyətini şərh etdilər. Dünya xalqları və ölkələri arasında baş verən müharibələrin əksəriyyətinin ərazi iddiaları ilə bağlı olması, təbii ehtiyatların qeyri-səmərəli istifadə olunması, ekosistemlərin deqradasiyası, qlobal iqlim dəyişikliyi, informasiya cəmiyyətinin coğrafi qloballaşmaya təsiri və bu kimi məsələlər multidissiplinar səviyyədə araşdırılmaqla yanaşı həmçinin Ermənistan dövlətinin 30 ilə yaxın müddət ərzində Qarabağda və ümumən işğal olunmuş ərazilərdə apardığı “ekosid” siyasəti, qəsdən məhv edilmiş ekosistemlərin vəziyyətin həm də bioetik cəhətdən araşdırılmasını tədqiqatcının gərgin zəhməti kimi qiymətləndirdilər. Tədbir iştirakcıları coğrafi qloballaşmada informasiya təhlükəsizliyi, geoiqtisadi proseslərdə milli maraqlara qarşı təhdidəri və dövlətlərarası münasibətlərin inkişafına yeni təsirlərin geosiyasi aspektlərinin öyrənilməsində əsərin əhəmiyyətini vurğuladılar.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir