Dağıstanda naməlum şəxs bıçaqla polis əməkdaşlarına hücum edib

Baş səhifə

Dağıstanın Respublikasının Dərbənd rayonundakı nəzarət-buraxılış məntəqəsində naməlum şəxs bıçaqla polis əməkdaşlarına hücum edib.

APA xəbər verir ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə polis əməkdaşları silahdan istifadə edərək hücum edən şəxsi zərərsizləşdirib.

“Təxminən saat 21:00-da Dağıstan Respublikasının Dərbənd rayonundakı Cemikentski nəzarət-buraxılış məntəqəsində xidmət aparan polis əməkdaşlarına bıçaqla silahlanmış naməlum şəxs hücum edib. Polis haqqında federal qanuna uyğun olaraq, avtomatik odlu silahlardan istifadə edilib. Hücum edən şəxs ölümcül yaralanıb”, – məlumatda bildirilir.

Polis əməkdaşları arasında xəsarət alan olmayıb. Hadisənin səbəbləri araşdırılır və bir sıra əməliyyat tədbirləri görülür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir