Daha bir Avropa ölkəsi Ukraynaya ağır silahların tədarükünə qərar verdi

Dünya

Almaniyanın hakim koalisiyası Ukraynaya ağır silahların tədarükünü razılaşdırıb.

Bu barədə almaniyalı deputat Markus Faber bildirib.

“Əziz dostlar, Almaniya indi sürətlə Ukraynaya ağır texnika tədarük edəcək”, – deyə M.Faber qeyd edib.

Qeyd edək ki, Qərb ölkələri Ukraynaya silah tədarükünü davam etdirirlər. Bunların arasında Böyük Britaniya və Çexiyanın Ukraynaya ağır texnika tədarük etdiyi bildirilir. Həmçinin ABŞ, Kanada, Slovakiya, Belçika, Danimarka, Hollandiya, Litva, Latviya, Estoniya Ukraynaya silah təchizatında kömək edirlər.

Mənbə: Unian.net

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir