De Bruynenin möhtəşəm qolu “Mançester Siti”yə qələbə qazandırdı – VİDEO

İdman

Bu gün İngiltərə Premyer Liqasının 14-cü turu çərçivəsində “Lester” – “Mançester Siti” qarşılaşması keçirilib. 

Oxu.Az xəbər verir ki, qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. 

“Şəhərlilər”in heyətində 49-cu dəqiqədə De Bruyne cərimə zərbəsindən möhtəşəm zərbə ilə görüşdə yeganə qolun müəllifi olub. 

Bu nəticədən sonra xallarını 29-a çatdıran “Mançester Siti” müvəqqəti olaraq liderliyi ələ keçirib. Bu tura qədər lider olan “Arsenal” sabah öz meydanında “Nottingem”i qəbul edəcək. 

“Lester” isə 14 turdan 11 xal toplamaqla 17-ci pillədə qərarlaşıb.