Debet kartlar niyə pulsuz paylanır? – VİDEO

Cəmiyyət

Son zamanlar debet kartları pul kisəmizin ayrılmaz hissəsinə çevrilib. Buna səbəb kartların banklar tərəfindən vətəndaşlara müəyyən güzəştlərlə təklif edilməsidir. Bu güzəştlərə isə kartların vətəndaşlara pulsuz təklif edilməsi, ünvana çatdırılması, kartlar vasitəsilə bütün köçürmələrin pulsuz olması, həmçinin karta mədaxil və kartdan məxaricin ödənişsiz olması, kartlar vasitəsilə edilmiş alış-veriş zamanı keşbek əldə edilməsi və sair daxildir. 

İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, banklar müəssisələrlə razılaşma yolu ilə bu kartlarla keçirilən əməliyyatlardan komissiya əldə edir.

“Debet və kredit kartı kimi istifadə olunan kartlarda isə multi gəlir imkanları var. Bu kartlarda həm komissiya tutulur, eyni zamanda vəsaitləri istifadə edənlərin 60-70 faizi məbləği geri qaytara bilmədiyi üçün avtomatik olaraq kredit şərtləri işləməyə başlayır”, – deyə əlavə edib.

Beləliklə, aydın olur ki, banklar güzəştli debet kartlar vasitəsilə sadəcə vətəndaşların rahatlığını yox, həmçinin öz kommersiya məqsədlərini düşünür.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir