Səbail RPİ-nin 41-ci Polis Bölməsinə mayın 17-də saat 23 radələrində Salyan şossesində yolu keçən Hacıqabul rayon sakini F.Cavadovun avtomobillə vurulması barədə məlumat daxil olmuşdur.
Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Ford” markalı avtomobillə törədilməsi müəyyən edilmiş və həmin nəqliyyat vasitəsini idarə edən Kəlbəcər rayon sakini Məzahir Məmmədov saxlanılmışdır.
Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
www.102info.az
