“Dövlət suverenliyi – tariximizin şərəfli zirvəsi”

Baş səhifə

“Dövlət suvHər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlət qurmaq və onu inkişaf etdirmək ən böyük nailiyyətdir. Azərbaycan xalqı da tarix boyu müstəqillik amalını öz milli kimliyinin əsası hesab etmiş, azadlıq uğrunda yorulmadan mübarizə aparmışdır. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi işğal, faciə və məhrumiyyətlər xalqımızın iradəsini sarsıda bilməmiş, əksinə, müstəqillik və dövlətçilik ideyaları daha da güclənmişdir.Müasir Müstəqil Azərbaycan dövlətinin əsası dahi lider, Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. O, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra dövlətçiliyin möhkəmlənməsi, ölkənin sabitliyi və inkişafı üçün qətiyyətli addımlar atdı. Ulu Öndərin həyata keçirdiyi siyasət müstəqilliyimizin əbədi və dönməz xarakter almasını təmin etdi. Onun müəyyənləşdirdiyi bu strateji kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan XXI əsrin müasir, qüdrətli dövlətinə çevrildi.

Onun qətiyyətli və uzaqgörən siyasəti nəticəsində ölkəmiz beynəlxalq aləmdə söz sahibi oldu, iqtisadi cəhətdən gücləndi, ordu quruculuğu sahəsində misilsiz nailiyyətlər əldə edildi. Məhz bu uğurlu siyasət 2020-ci ildə tarixi qələbəyə yol açdı.27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi xalqımızın şanlı qəhrəmanlıq səhifəsinə çevrildi. Prezident İlham Əliyevin dediyi kimi: “Bizim güclü ordumuz var idi, biz birləşmiş xalq idik. Bizim bir amalımız var idi – torpaqlarımızı işğaldan azad etmək.” Bu birlik və güc nəticəsində 44 gün ərzində Azərbaycan Ordusu torpaqlarımızı azad etdi, dövlətimizin ərazi bütövlüyünü bərpa etdi, ədalət və tarixi həqiqət qalib gəldi.Lakin mübarizə bununla yekunlaşmadı. Qarabağda separatizmin qalıqlarının birdəfəlik aradan qaldırılması üçün Azərbaycan dövləti qətiyyətli mövqe nümayiş etdirdi. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri ilə separatçı silahlı birləşmələr tam zərərsizləşdirildi, dövlətimizin suverenliyi tam şəkildə bərpa olundu.Prezident İlham Əliyev həmin tarixi günlərdə xalqa müraciətində böyük qürurla bəyan etdi: “Azərbaycan öz suverenliyini tam bərpa edib. Azərbaycanın bayrağı artıq Qarabağın hər bir guşəsində dalğalanır. Bu, tarixi ədalətin, xalqımızın iradəsinin, dövlətimizin gücünün təntənəsidir.” Bu sözlər yalnız qələbənin təsviri deyil, həm də yüz illərlə davam edən milli arzunun reallığa çevrilməsinin ən böyük ifadəsidir.20 Sentyabr – Dövlət Suverenliyi Günü məhz bu tarixi hadisənin şərəfinə təsis edilmişdir. Bu gün Azərbaycan xalqının qürur və iftixar günü, müstəqilliyimizin dönməzliyinin və dövlətimizin qüdrətinin rəmzidir. Bu tarixi qələbənin müəllifi xalq-iqtidar birliyidir.

Qəhrəman əsgər və zabitlərimizin şücaəti, şəhidlərimizin canı və qanı bahasına Azərbaycan öz milli haqlarını bərpa etdi. Prezident İlham Əliyevin “Dəmir Yumruq” kimi birləşdirdiyi xalqımız sarsılmaz iradəsi ilə tarix yazdı.Bugünkü Azərbaycan həm regionda, həm də dünyada güc mərkəzinə çevrilmişdir. Müharibədən sonra formalaşan yeni reallıqlar, Zəngəzur dəhlizi ideyası, beynəlxalq əməkdaşlıq imkanları ölkəmizin strateji mövqeyini daha da gücləndirmişdir. Prezident İlham Əliyevin dediyi kimi: “Biz təkcə torpaqlarımızı işğaldan azad etmədik, biz milli ləyaqətimizi bərpa etdik, biz yeni reallıq yaratdıq.” Məhz bu səbəbdən 20 Sentyabr – Dövlət Suverenliyi Günü xalqımızın yaddaşında əbədi yaşayacaq. Bu gün Azərbaycan dövlətinin qüdrətinin, xalqımızın birliyinin və müstəqilliyimizin dönməzliyinin təntənəsidir. 20 Sentyabr – Dövlət Suverenliyi Günü xalqımızın qürur günüdür, müstəqilliyimizin əbədi rəmzidir!

Elnur Hüseynov,Salyan rayon Statistika İdarəsinin rəisi, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir