DTX-nin Akademiyasında tədris olunan ixtisas digər ali məktəblərdə də olacaq

Cəmiyyət

“İlk dəfə Azərbaycanda Dövlət Təhlükəsizliyi Xidməti  Akademiyasında tədris olunmağa başlanan informasiya təhlükəsizliyi ixtisası daha üç, növbəti tədris ilindən isə 11 ali təhsil müəssisələrində ixtisas kimi tədris olunacaq”.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının  yaradılması ilə bağlı təqdimatında Azərbaycan təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, burda keyfiyyəti təmin etmək üçün Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları, Təhsil Nazirliyi və beynəlxalq ekspertlərlə yeni tədris proqramının yaradılmasının üzərində işlər aparılır.

İlhamə Əbülfət

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir