Dumana görə təxirə salınan “Qəbələ” – “Turan Tovuz” oyunu gələn il baş tutacaq

Baş səhifə

Bakı. Trend:

Dumana görə təxirə salınan “Qəbələ” – “Turan Tovuz” oyunu gələn
il keçiriləcək.

Trend xəbər
verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

“Misli Premyer Liqasının XIV turunda qatı duman səbəbindən 24-cü
dəqiqədə yarımçıq dayandırılan “Qəbələ” – “Turan Tovuz” oyunu ilə
bağlı Peşəkar Futbol Liqasının İdarə Heyətinin iclası keçirilib və
oyunun keçirilmə tarixi, eləcə də bununla bağlı digər məsələlərlə
əlaqədar müzakirələr aparılıb.

Qış fasiləsinə qədər olan, eləcə də fasilədən sonrakı ilk turun
təqvimi tam açıqlandığı, klublar fəaliyyət planını artıq
müəyyənləşdirdiyi üçün, eləcə də bununla bağlı digər məqamları və
klubların da fikrini diqqətə alaraq PFL İdarə Heyəti aşağıdakı
qərarları qəbul edib:


<!—->
<!––>

– Əhəmiyyətli hissəsi oynanılmadan yarımçıq dayandırılmış
qarşılaşma yeni oyun kimi keçirilsin;

– Oyun 2026-cı ildə baş tutsun;

– Klublar 2026-cı ildə baş tutacaq oyunda sifariş vərəqəsində
mövcud olan futbolçulardan istifadə etsinlər;

– 24-cü dəqiqədə dayandırılmış oyun üçün qüvvədə olan cəzalar
Misli Premyer Liqasının növbəti oyunlarına şamil edilsin”,
məlumatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir