Rusiya şəhərinin fəlakət filminə bənzər görüntüləri yayıldı – VİDEO

Dünya

Rusiyanın Yakutsk şəhərinin -50 dərəcə temperaturda görüntüləri lentə alınıb.

Qarla örtülmüş şəhər fəlakət filmlərinə bənzədilib.

Görüntülər videoqraf Mayk Mixaylyukun “Instagram” səhifəsində yayımlanıb.

Videoqrafın çəkdiyi kadrlarda şəhər əhalisi görünmür. Bütün Yakutsk yalnız qar, buz və şaxtaya təslim olub və “buzlu” mavi işıqla işıqlandırılıb.

Yayımlanan videoya verilən şərhlərdə Mixaylyukun bəzi abunəçiləri hətta izləyərkən belə, üşüdüklərini qeyd ediblər.

Digərləri – Yakutiya sakinləri isə bildiriblər ki, -50 dərəcə temperatur ən pis hal deyil və onlar daha aşağı temperaturlara şahid olublar. “-50 normaldır. Mən yaşadığım kənddə -65 dərəcə olur, mən Yakutiyadanam”, – deyə abunəçilərdən biri yazıb.

Mənbə: Lenta.ru