Bəzi ölkələr Kabildəki səfirliklərini bağlamaq qərarına gəliblər

Dünya

Bir sıra ərəb və Qərb ölkələrinin hakimiyyət orqanları Əfqanıstanın paytaxtında diplomatik nümayəndəliklərini bağlamaq qərarına gəliblər.

Onların fikrincə, bu qərara səbəb “təhlükəsizlik sahəsində təhdidlər” olub.

Məhz hansı ölkələrin Kabildəki səfirliklərinin işini dayandırmaq qərarına gəldiyini açıqlamayıb.

Qeyd edək ki, fevralın 1-də Səudiyyə Ərəbistanının Kabildəki səfirlik əməkdaşlarını Əfqanıstandan təxliyə etdiyi bildirilib.

Mənbə: TASS