Qazaxıstan Almaniya bazarında Rusiyanı əvəz edəcək

Dünya

Qazaxıstan yaxın günlərdə, ehtimal ki, fevralın 22-də Rusiyanın “Drujba” boru kəməri ilə ilk neft partiyasını Almaniyaya göndərə bilər.

Bunu Qazaxıstanın energetika naziri Bolat Akçulakov deyib.

Qazaxıstan nefti Avropa İttifaqının Moskvanın Ukraynaya müdaxiləsi ilə bağlı daha geniş sanksiyalar çərçivəsində almağı dayandıracağına söz verdiyi Rusiya neftini əvəz etməlidir.

Sovet İttifaqı istehsalı olan “Drujba” kəməri hələ də sanksiyalardan azaddır, lakin Almaniyanın kəmərə qoşulan Leuna və Şvedtdəki neftayırma zavodları bu il Rusiya nefti sifariş etməyib.

2022-ci ilin sentyabrında Almaniya hökuməti “Rosneft”in ölkədəki törəmə şirkətlərini Federal Şəbəkə Agentliyinin nəzarəti altına keçirib.

Mənbə: The Guardian