Kiyevdə “New York Times”ın müxbiri güllələndi.

Dünya

Kiyev vilayətinin İrpen şəhərində rus hərbçilər “New York Times” müxbirini güllələyiblər.

“102info.az” unian.net-ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat verib.

“İşğalçılar hətta rus qoşunlarının Ukraynadakı vəhşilikləri haqqında həqiqəti göstərməyə çalışan beynəlxalq media jurnalistlərini də rüsvayçılıqla öldürürlər. Bu gün İrpendə dünyaca məşhur “Nyu York Tayms”ın 51 yaşlı müxbiri güllələnib”, – deyə Geraşenko bildirib.

Onun sözlərinə görə, daha bir jurnalist yaralanıb. Onu ilkin tibbi yardım göstərilir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir