Çavuşoğlu: “Putin Zelenski ilə görüşün əleyhinə deyil”

Dünya

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Rusiya lideri Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ilə telefon danışığı zamanı ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşə qarşı olmadığını deyib.

“Prinsipcə, Putin prezidentimizlə telefon danışıqları zamanı belə bir görüşə qarşı olmadığını deyib. Ukrayna tərəfi də hazırdır. Belarusda tərəflər arasında texniki danışıqlar gedir. Digər tərəfdən, başqa kanallar vasitəsilə də səylər göstərilir ki, biz də bunu dəstəkləyirik”, – Çavuşoğlu Antalya Diplomatik Forumunun bağlanış mərasimində vurğulayıb.

Qeyd edək ki, XİN rəhbərinin xatırlatdığı Rusiya və Türkiyə liderləri arasındakı telefon danışığı martın 6-da baş tutub.

Mənbə: “RİA Novosti”

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.