Ukraynalı qaçqınlara sığınacaq verən britaniyalılara ayda 350 funt sterlinq ödəniləcək

Dünya

Ukraynalı qaçqınları evlərində məskunlaşdırmağa razı olan ingilislər “mənzil pulu” sxeminə əsasən ayda 350 funt sterlinq alacaqlar.

Sxem Daxili İşlər Naziri Priti Patelin tənqidindən sonra Mənzil və Kommunal Təsərrüfat naziri Maykl Qove tərəfindən təklif edilib.

O, digər Avropa ölkələrinə gedə bilməyən qaçqınlar üçün bürokratik tələbləri yüngülləşdirməyə hazır olmadığına görə qınanıb.

“Ukraynadakı böhran bütün dünyada şok dalğaları yaradıb, çünki yüz minlərlə günahsız insan bildikləri və sevdikləri hər şeyi tərk edərək evlərindən çıxmaq məcburiyyətində qalıb”, – Qove deyib.

Bu sxemə əsasən, Britaniyanın dəstəyi ilə yaşayan ukraynalılara ölkədə üç il qalmaq icazəsi veriləcək. Bu müddət ərzində onlar işləyə, müavinət ala və dövlət xidmətlərindən istifadə edə biləcəklər.

Qaçqınları qəbul etməyə hazır olan insanlar Böyük Britaniyada martın 14-də istifadəyə veriləcək saytda qeydiyyatdan keçməlidirlər.

Onlar qaçqınlar üçün minimum altı ay qalmaq şərti ilə “mümkün qədər uzun müddət” pulsuz istifadə üçün ev və ya otaq verməyə razılıq verməli olacaqlar.

Mənbə: “Guardian”

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.