“Ukrayna ətrafındakı vəziyyət III Dünya Müharibəsinə səbəb ola bilər”.
Bu sözləri ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.
Onun fikrincə, Rusiya öz məqsədlərinə çatana qədər dayanmayacaq.
“ABŞ-ın hazırkı administrasiyasında Rusiya rəhbərliyi, xüsusən də Prezident Vladimir Putinlə danışıq aparacaq heç kim yoxdur”, – deyə Donald Tramp bildirib.
Tram bildirib ki, ABŞ Putinə iki şeyi başa salmalıdır: “Onun yalnız iki seçimi var – dərhal sülh danışıqlarına başlamaq və ya Qərbin Rusiya enerjisindən asılılığının aradan qaldırılması da daxil olmaqla, ildırım sürətli nəticələlərlə üzləşmək”.
Mənbə: TASS
www.102info.az