Ukraynada “yaşıl” dəhlizdən istifadə etmək istəyən əhali atəşə tutulub: Ölənlər var

Dünya

Rusiya silahlı qüvvələrinin hərbçiləri Kiyev vilayətində içində qadın və uşaqların olduğu maşın karvanını gülləbaran ediblər.

Məlumata görə, hadisə dinc əhalinin Peremoqa kəndindən (Barışevski rayonu) Ostroluçye kəndinə doğru – Rusiya Federasiyası ilə razılaşdırılmış “yaşıl” dəhliz boyunca evakuasiyası zamanı  baş verib.

“Bu vəhşi hərəkətin nəticəsində yeddi mülki şəxs həlak olub. Onlardan biri uşaqdır. Yaralıların dəqiq sayı hələlik məlum deyil”, – Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin məlumatında qeyd olunur.

Məlumatda həmçinin qeyd olunur ki, Rusiya ordusu sağ qalanları kəndə qayıtmağa məcbur edib və onlara yaşadıqları yeri tərk etməmək barədə xəbərdarlıq edilib.

Mənbə: Segodnya.Ua

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir