Zelenski: “Mariupol tam blokadadadır”

Dünya

“Azov dənizi sahilində yerləşən Ukraynanın ən böyük şəhəri Mariupol tam blokada altındadır”.

Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski xalqa növbəti videomüraciətində deyib.

Onun sözlərinə görə, şəhər gecə-gündüz atəşə tutulur.

“Rus qoşunları Mariupolu raketlərlə vururlar. Onlar Mariupolda hətta doğum evini vurublar. Xəstəxanalar məhv edilir. Bu, bütün canlılara nifrətdir. Uşaq xəstəxanalarını dağıdırlar, nəyə görə? İstəyirlər ki, ukraynalı qadınlar dünyaya uşaq gətirməsinlər?” – deyə Zelenski bildirib.

Ukrayna lideri əlavə edib ki, müharibə zamanı artıq onlarla xəstəxana, yüzlərlə məktəb, uşaq bağçası və universitetlər dağıdılıb.

Mənbə: Unian

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.